Организации, не преследующие доходы (прибыль) и их растущая роль в обеспечении общественного благосостояния

Автор: Пользователь скрыл имя, 13 Сентября 2013 в 22:31, статья

Краткое описание

Кроме государств, существуют различные организации целью которых является обеспечения социальной защиты. Одним из них является "Не преследующие некоммерческие организации» (кратко ГГТ). Как ГГТ брал на себя важную роль в обеспечении потребности благосостояния во время отсутствия государственного обеспечения так и оставался на повестке дня во время властвования глобализации и либерализма, а также когда государственное обеспечение постепенно терял постепенно свою силу. Организации не преследующие доход, направленных на снижение роли государства в защите за последние сто лет экономической и политической философии, потому что это организация постепенно развивается как количественно так и качественно при поддержке философии доминирующих государств.

Файлы: 1 файл

Gəlir güdməyən təşkilatlar və sosial rifahın təmin olunmasında artan rolu.doc

— 197.50 Кб (Скачать)
  1. İngiltərə və Almaniya   

Bu baxımdan ölkələrə nəzər yetirdikdə İngiltərənin həm nəzəriyyədə, həm də praktikada gəlir güdməyən təşkilatların vacibiyyətini çox tez hiss etdiyinin şahidi oluruq. Bu mövzuda “Loral Beveridge” nin 1940-cı illərin sonlarında həyata keçirdiyi işlər o tarixlərdə belə dövlətlə gəlir güdməyən təşkilatlar arasında vacib sayılacaq əməkdaşlığın olduğunu ortaya çıxarmaqdadır. Bu tarixi keçmişə baxmayaraq İngiltərə gəlir güdməyən təşkilatları sosial rifah xidmətlərin təmin edilməsində təməl təşkilatlardan biri olaraq görməmiş, dövlət hələ sosial siyasət sahəsində hakim olan xüsusiyyətini davam etdirmişdir.

Almaniya isə sosial rifah xidmətlərinin həyata keçirilməsində dövlət və gəlir güdməyən təşkilatların işbirliyinin ən sıx ölçüdə istifadə olunduğu ölkələrin  başında gəlməkdədir. Bu ölkədə sosial xidmətlərin yarısına qədərinin maliyyələşdirməsini dövlət, bu xidmətlərin təqdim olunmasını isə gəlir güdməyən təşkilatlar həyata keçirirlər. Gəlir güdməyən təşkilatların olmadığı sahə demək olar ki yox dərəcəsindədir. Almaniyada həm inkişaf etmiş bir rifah dövləti, həm də qazanc əldə etmək məqsədi olmayan böyük bir sektor vardır.

Bu ölkələrlə yanaşı İsrail, Hollandiya, Norveç, Kanada, İspaniya, Cənubu Koreya kimi ölkələrdə də dövlət və gəlir güdməyən təşkilatların əməkdaşlığı yönündə vacib addımlar atılmışdır. (2)

  1. Türkiyadə gəlir güdməyən təşkilatların vəziyyəti

Türkiyədə gəlir güdməyən təşkilatların inkişafına nəzər saldıqda isə demokratik sistemin vacib elementlərindən olan bu qeyri-hökümət təşkilatlarının keçmiş tarixdən bu günə qədər cəmiyyətin inkişafında vacib rol öhdəsinə götürdüyü görülməkdədir. Xüsusilə də müxtəlif sosial xidmət sahələrində fəaliyyətdə olan bu qeyri-hökümət təşkilatlarının könüllülük əsasına dayanıqlı olaraq fəaliyətdə olmaları, günümüzdə daha çox dərnək və fond adı altında fəaliyyətlərini davam etdirdikləri və cəmiyyət üçün çox yararlı və aparıcı sahələrdə olduğu görülməkdədir. Bu günə qədər qurulan dərnəklərin çoxunun sosial və xeyir yönümlü olduğu öz təsbitini tapmışdır. (1)    

Səlcuqlar dövründən etibarən xeyriyyə fondları şəklində (vakıflar) təşkilatlanan gəlir güdməyən təşkilatların iqtisadi və sosial həyatda vacib vəzifələri öhdələrinə götürdükləri daha sonra Osmanlı dövründə daha da gücləndikləri görülməkdədir. Osmanlı dövləti zamanında bu qeyri-hökümət təşkilatları həm say, həm funksiya etibari ilə qızıl dövrünü yaşamışdı. Ancaq Osmanlı İmperatorluğunun son dövürlərindən etbarən bu fondların tənəzzül yaşadıqları bu dövrün Cumhuriyyət dövründə də uzun bir müddət davam etdiyi bilinməkdədir. 1967-ci ildə “Türk Medeni Kanunu”nda (Mülki Məcəllə) fondlarla bağlı dəyişikliklər edilənə qədər bu tənəzzül davam etmişdi. Lakin bu dəyişikliklərlə birlikdə fond sayında sürətli bir artım yaşandı. (10)

Türkiyədə sosial-iqtisadi həyatda yüz illərcə vəzifə daşıyan fondların yerinə yetirdiyi xidmətlərə baxıldıqda bunların dini, iqtisadi və sosial yönümlü olduqları görülməkdədir. Bu tip təşkilatlar mövcud olduqları ölkələrin təhsilinə, mədəniyyətinə iqtisadiyyatına, sosial-siyasi həyatlarına böyük töhvələr vermişdir. Fond xidmətlərinin vacib bir hissəsinin ictimai xidmətlərə ayrıldığı görülməkdədir. Fondların bir hissəsi, təhsil (misal üçün Dar”üş-Şafaka) və səhiyyə (misal üçün Dar”üş-şifalar) işlərinə yönələrək, milli mədəniyyətin yüksəldilməsi, xalqın sağlamlığının qorunması, fərdlərin həyatlarının qorunması üçün çalışmışdır. Bir qisim də misal üçün, yoxsulların qarınlarının doydurulması ağır və bezdirici işlərdə çalışan işçilərə mükafatlar verilməsi, yaşlanıb çalışa bilməyəcək şəxslərə aylıq davamlı yardımlar edilməsi, kimsəsiz uşaqların, yetimlərin dulların və yoxsulların mühafizəsi və s. kimi sosial müdafiə məqsədinə yönəlik xidmət reallaşmışdır. (1)

Osmanlı dövürünün sonları və  Cumhuriyyət dövründə digər bir gəlir güdməyən təşkilatların təşkilatlanma forması isə dərnəklər (asossasiya) yolu ilə olmuşdur. Ancaq müxtəlif səbəblərlə fondların və dərnəklərin yaxşı bir gəlir güdməyən təşkilat olaraq vəzifə daşıması, müxtəlif qanuni məhdudiyyətlər səbəbilə mümkün ola bilməmişdir. Bu səbəblə son illərdə Türkiyədə qeyri-hökümət təşkilatlarının yolunun açılması olduqca çox gündəmə gəlməyə başlamışdır. (10)

Bu gün dərnək və fondlar başda olmaqla Türkiyədəki qeyri-hökümət təşkilatlarının və bunlara üzv olanların saylarına baxıldıqda, İEÖ-dəki vəziyyətin əksinə olduqca çox aşağı rəqəmlərlə qarşı-qarşıya gəlirik. Aparılan araşdırmalara görə, Türkiyədə fəaliyyət göstərən dərnək sayı 80.757 (866 nəfərə 1 dərnək), fond sayı isə 4.915-dir. Bu miqdar Almaniyada 2 milyon 100 min, Fransada 1 milyon 470 min, ABŞ-da 1 milon 200 min olan dərnək sayı ilə qarşılaşdırıldığında olduqca aşağı olduğu görülməkdədir. Eyni zamanda bu ölkələrdə və digər Avropa Birliyi ölkələrində əhalinin  böyük bir qismi də bu sektorda çalışmaqdadır. ABŞ-da 7 milyona yaxın, Almaniyada 1 milyon, Fransada 0.8 milyon, Yaponiyada isə 1.4 milyona yaxın şəxs qeyri-hökümət təşkilatlarında çalışmaqdadırlar. Ölkəmizə baxdıqda isə hər nə qədər bu mövzu ilə bağlı araşdırma aparılmasa da bu sektorda çalışan şəxslərin sayının əhəmiyyət verilməyəcək dərəcədə aşağı olduğu ehtimal edilməkdədir.

Bundan əvvəl də qeyd edildiyi kimi dünyada qeyri-hökümət təşkilatları gedərək inkişaf etməkdədirlər. Bir çox ölkədə bu təşkilatların ÜDM (adambaşına düşən məhsul) içindəki payları olduqca böyükdür və getdikcə də böyüməkdədir. Misal üçün ABŞ-da 6.3 %, İngiltərə və Fransada 4.8%, Yaponiyada 3.5% təşkil etdiyi halda ölkəmizdə isə hələ ki, bu təşkilatların maliyyə yönümündən araşdırıldığı və ÜDM içindəki payların ortaya çıxarıldığı bir araşdırma, ya da statistik bir çalışma yoxdur. (5)

Bu gün ölkəmizdəki dövlət və gəlir güdməyən təşkilatlar arasındakı əlaqənin  lazımınca inkişaf etməməsinin təməlində bizim hələ ki, bir sosial rifah dövləti olmamağımızdır ki, dolayısı ilə bu çatışmamazlıq da gəlir güdməyən təşkilatları öz təsiri altına alır.

Əgər biz müstəqilliyə qədərki dövrün təhlilini aparsaq görərik ki, həmin dövrdə ölkəmizdə səhiyyə, təhsil, sosial xidmətlər və başqa bu kimi sahələrə, özəl sektora nisbətən dövlətin rolu daha çox idi. Dövlət təşkilatlarının həyata keçirdiyi sosial yönümlü fəaliyyətlərin hamısı mərkəzi idarəetmənin nəzarəti altında idi. Gəlir güdməyən təşkilatların rolunun zəifliyi də məhz mərkəzin sosial yönümlü fəaliyyətini daha da gücləndirməsi idi. Əlavə olaraq maliyyə sıxıntısının olması da bu xidmətlərin yetərsiz qalmasına yol açmışdı. Dolayısı ilə bu nöqteyi nəzərdən yanaşdıqda sosial rifah xidmətlərinin yerinə yetirilməsində həm dövlətin, həm də gəlir güdməyən təşkilatların istənilən səviyyədə fəaliyyət göstərə bilmədikləri açıq-aşkar görünürdü.

Lakin müstəqillik dövründə  Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai birliklərdən, fondlardan və digər qeyri-hökümət təşkilatlarından ibarət qeyri-hökümət sektoru formalaşmışdır ki, bu proseslərin təhlili də göstərir ki, ölkəmizdə qeyri-hökümət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçmişdir. İlkin mərhələ qeyri-hökümət təşkilatlarının yaranmasında sistemliliyin olmaması və pərakəndəliklə xarakterizə olunur. Bundan əlavə, dövlət tərəfindən qeyri-hökümət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesi gedir. 1995-ci ildə Konstitusiyamız qəbul edildikdən sonra qeyri-hökümət təşkilatlarının keyfiyyət və kəmiyyət artımı, eyni zamanda fəaliyyət növləri üzrə diferensiasiyası baş vermiş və vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar müvafiq qanunvericilik bazası yaradılmışdı. 2000-ci ildə “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” yeni Qanun qəbul edilmiş, qeyri-hökümət təşkilatları ilə bir sıra sahələrdə əməkdaşlıq həyata keçirilmiş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Qeyri-Hökumət Təşkilatlarının Təlim və Resurs Mərkəzi yaradılmışdır.

Müasir dövrdə qeyri-hökümət təşkilatları  vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilmişdir. Belə bir şəraitdə dövlət orqanları ilə qeyri-hökümət sektorunun bərabər hüquqlu tərəfdaşlıq prinsipləri arasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, hazırda müxtəlif istiqamətlər üzrə vətəndaş cəmiyyəti institutlarının kifayət qədər sabit qrupları formalaşmışdır. Ölkədə qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həlli sahəsində 73, hüquq müdafiəsi ilə bağlı 121, uşaq və gənclərlə bağlı 191, gender məsələləri üzrə 79, səhiyyə yönümlü 68, ekologiya sahəsində 77, iqtisadi yönümlü 218, sahibkarlıqla bağlı 63, təhsil, elm və texnika sahəsində 176, jurnalistlərin problemləri ilə bağlı 43, mədəniyyət və incəsənətlə bağlı 113 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.

Ölkədə 2007-ci ilə qədər davam edən QHT-hökümət dialoqu isə, nəhayət ki, öz bəhrəsini verərək vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə QHT-lərin inkişafına dövlət dəstəyini nəzərdə tutan çox mühüm bir addımın atılmasına səbəb oldu. 27 iyul 2007-ci il tarixli Sərəncamla “Azərbaycan Respublikasının qeyri-hökümət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” qəbul edildi, daha sonra isə bu dövlət sənədi müddəalarının reallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Dövlət QHT-lərlə tərəfdaşlıq və əməkdaşlıq münasibətləri qurmaq və ictimai fəaliyyəti canlandırmaq üçün Şuraya xüsusi mandat verdi. Bu, QHT sektorunun inkişafında yeni dövrün uğurlu başlanğıcı oldu. Məqsəd Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri olan vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi idi. Qeyri-hökümət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə yeni münasiblər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökümət təşkilatlarının faəliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir. (18)

Konsepsiya haqqında yekun olaraq onu demək olar ki, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası qeyri-hökumət təşkilatları ilə bağlı dövlət siyasətinin istiqamətlərini, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formalarını müəyyən edir ki, bu da həmçinin, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin institusional mexanizmlərinin yaradılmasını, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsini, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının iştirakını və vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əməkdaşlıq istiqamətlərini nəzərdə tutur. Konsepsiya milli maraqların qorunması, Konstitusiya və qanunlara, dövlət rəmzlərinə hörmətin formalaşdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azərbaycançılıq ideyasının təbliğ edilməsi sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini, ümumiyyətlə, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması və belə layihələr üzrə onlara məlumat, metodiki, təşkilati–texniki, maliyyə yardımının göstərilməsini prioritet kimi müəyyən edir.

Beləliklə, Konsepsiyada göstərilən Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının inkişaf problemlərinin həlli və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılmasına, eləcə də ölkədə vətəndaş cəmiyyətinin inkişafına xidmət edəcəkdir. (16)

Gəlir güdməyən fəaliyyətlə bağlı  ölkəmizdə atılan ən böyük addım isə 31 avqust 2009-cu il tarixində Azərbaycan Respublikasının qanunvericiliyi ilə  qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət olan “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının qanunun qəbul edilməsi oldu. Qanunda  əlillərə, kimsəsizlərə, qocalara, az təminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; istehlakçıların hüquqlarının qorunması; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizotiyalar və digər fövqəladə halların aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar zamanı zərər çəkmiş şəxslərə yardım göstərilməsi, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə köməklik göstərilməsi kimi bir sıra sosial yönümlü əsas fəaliyyət istiqamətlərinin adı çəkilmişdir. (17) 

Dövlətlə gəlir güdməyən təşkilat arasında əməkdaşlığın olması bəzi şərtlərə bağlıdır. Hər şeydən əvvəl dövlətin gəlir güdməyən təşkilatları təbliğ etməsi və bu təşkilatların təsirli bir şəkildə fəaliyyət göstərmələrinə imkan verən qanuni tənzimləmələrinin hazırlanması vacibdir. İkinci şərt isə dövlətin bu təşkilatları maliyyə baxımından dəstəkləməsidir. Bunun iki yolu vardır. Birinci yol dolayı yoldur və bu təşkilatların vergidən azad olunmaları, ya da bu təşkilatlara fiziki və hüquqi şəxslərin verəcəkləri ianələr (ölkələrə görə dəyişik sahələr mövcuddur) vergi xərclərinin müəyyən qədər aşağı salınması ilə mümkün olacaqdır. İkinci yol dolayı olmayan-düzünə yoldur. Düzünə yol isə bəlli layihələrdə istifadə edilə bilmək üçün bu təşkilatlara maddi yardım edilməsi, ya da bunlar tərəfindən təqdim olunan xidmətlərin satın alınmasıdır.

 

 

 

Nəticə

Rifah dövləti üzərində edilən mübahisələr, rifah xidmətlərinin təqdim olunmasında yeni metodların meydana gəlməsi rifah ehtiyaclarının qarşılanmasında istifadə olunan vasitələri dəyişdirmişdir. Dolayısı ilə dövlət-bazar-cəmiyyətdən ibarət olan müxtəlif rifah vasitələrində ən böyük rol oynayan dövlət- cəmiyyət və bazar lehinə geri çəkilməyə başlamışdır. Bu sosial siyasət təminatçısı olaraq dövlət, günümüz etibari ilə sosial rifah xidmətlərinin bütün cəmiyyəti əhatə edəcək şəkildə təqdim edə bilən yeganə təşkilatıdır. Bununla birlikdə digər sosial siyasət təmin edən təşkilatlarla birlikdə gəlir güdməyən təşkilatların da günümüzdə müəyyən bir sahədə sosial xidmət yaratmağa başladığı görülməkdədir.

Yenə yuxarıda qeyd olunanlardan da görüldüyü kimi dövlət və digər rifah təminatçıları hər zaman bir-birinin alternativi deyildir. ABŞ başda olmaqla Almaniya, Hollandiya, Norveç, Fransa, Kanada, İsrail kimi bir çox ölkədə özəl sektorun hər zaman öz mənfəətləri üçün deyil, ictimai motivlərlə hərəkət etdiyi görülməkdədir. Beləcə biz bu gün dövlətin üzərinə düşən əsas öhdəliklərin bu təşkilatları həvəsləndirmək və lazım gəldikdə dəstəkləmək olduğunun üzərində dayanırıq.  

İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. “Sosial refahın Sağlanmasında Devletin Etkinliği və Türkiye örneği” Dokuz Eylül

      Universitesi, doktora tezi, İzmir 2001

  1. “Sosial Politika Açısından Yerel Yönetimler: İngiltere, İsveç və Türkiye Örneği” doktora tezi, İstanbul: İÜ SBE, 2000
  2. Esping-Andersen,Gosta, “Towards the Good Society, Once Again?”, Why We Need a New Welfare State?, (Ed.:Gosta Esping-Andersen), New York: Oxford University Press, 2002, 1-25 s.
  3. Fouarge, Didier, Costs of Non-Social Policy: Towards an Economic Framework of Quality Social Policies-and the Costs of Not Having Them, Report for the Employment and Social Affairs DG, January 2003, 1-49 s
  4. Koray, Meryem, “Sosyal Refah Devleti: Kimi için Umut, Kimi için Kaygı Kaynağı” Sosyal Demokrat Yaklaşımlar, İstanbul: SODEV-TÜSES yay.,2003, 93-113 s
  5. Kuhnle, Stein-Matti Alestale, “Growth, Adjustments and Survival of European Welfare States”, Survival of the European Welfare State, Routledge Publ., 2000,
  6. Marangoz, Şerman, “Refah Devleti: Gelişimi, Oluşumu, Modelleri  ve Güncel Değişimler”, tez, İstanbul: İÜ SBE, 2001
  7. Myles, John-Jili Quadagno, “Political Theories of the Welfare State” Social Service Review, March 2002, 46-47s
  8. OECD, “Non-Profit İnstiutions-NPİS”, Glossary  of Statiscal Terms, http:// cs3-hq.oesd.org\scripts\stats\glossary\detail.asp, 06.07.13
  9. Özbek, Nadir, “Osmanlıdan Günümüze Türkiyede Sosyal Devlet”, Toplum və Bilim sayı, 2002, 7-33 s.
  10. Özdemir, Süleyman, “Küreselleşme Sürecinde Refah Devleti” doktora tezi, İstanbul: İÜ SBE, 2004
  11. Pierson, Christopher, “Modern Devlet”, (Çev,:Dilek Hattatoğlu), İstanbul: Çiviyazıları, 2001
  12. Seyyar Ali, “Türkiyede Yoksullukla Mücadelede STK-lerin Rolleri ve önemleri: Dəniz Feneri Derneği Örneği”, (çevirimçi): http:www. Sosyalsiyaset.net\documents, 05.06.13
  13. ATO, AB Kapısında Sivil Toplum Dosyası, Ankara: ATO yay., 2004.(Çevrimçi): http:\\195.155.145.1\turkce 0index 10.html, 28.07.2013
  14. Spicker, Paul, “Social Administration”, An İntroduction to Social Policy,(çevrimçi): http: www2.rgu.ac.uk\publicpolicy\introduction\, 27.07.2013
  15. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəri Şurası haqqında əsasnamə, 23 dekabr, 2008-ci il
  16. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının qanunu, 31 avqust, 2009-cu il
  17. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəri Şurasının inkişaf tarixi haqqında, http:www.cssn.gov.az, 05.08.13

Информация о работе Организации, не преследующие доходы (прибыль) и их растущая роль в обеспечении общественного благосостояния