Организации, не преследующие доходы (прибыль) и их растущая роль в обеспечении общественного благосостояния

Автор: Пользователь скрыл имя, 13 Сентября 2013 в 22:31, статья

Краткое описание

Кроме государств, существуют различные организации целью которых является обеспечения социальной защиты. Одним из них является "Не преследующие некоммерческие организации» (кратко ГГТ). Как ГГТ брал на себя важную роль в обеспечении потребности благосостояния во время отсутствия государственного обеспечения так и оставался на повестке дня во время властвования глобализации и либерализма, а также когда государственное обеспечение постепенно терял постепенно свою силу. Организации не преследующие доход, направленных на снижение роли государства в защите за последние сто лет экономической и политической философии, потому что это организация постепенно развивается как количественно так и качественно при поддержке философии доминирующих государств.

Файлы: 1 файл

Gəlir güdməyən təşkilatlar və sosial rifahın təmin olunmasında artan rolu.doc

— 197.50 Кб (Скачать)

“Gəlir (mənfəət) Güdməyən Təşkilatlar” və sosial rifahın təmin olunmasında onun artan rolu.

İbrahimova Aytəkin

Bakı  Dövlət Universiteti

Azərbaycan/Bakı

aytakin_ibrahimli@mail.ru

Xülasə

Dövlətdən savayı, sosial rifahı təmin etmə məqsədinə yönəlik olaraq fəaliyyət göstərən fərqli təşkilatlar vardır. Bunlardan biri də “Gəlir Güdməyən Təşkilatlar”dır (qısaca GGT). Necə ki, GGT hələ rifah dövlətinin olmadığı vaxtlarda rifah ehtiyaclarının ödənilməsində vacib rolu öz üzərinə götürmüşdü, qloballaşma və liberalizmin hakim olduğu və rifah dövlətinin öz gücünü tədricən itirdiyi dönəmdə də buna bənzər fəaliyyətləri ilə gündəmdə qalmışdır. Gəlir güdməyən təşkilatlar, dövlətin rolunun azaldılmasını müdafiə edən sonuncu yüz ilin iqtisadi-siyasi fəlsəfəsinə uyğun bir təşkilat olması səbəbilə bu fəlsəfənin hakim olduğu dövlətlər tərəfindən dəstəklənməkdə, kəmiyyət və keyfiyyət olaraq isə getdikcə inkişaf etməkdədir.

Açar sözlər: Sosial rifah, gəlir güdməyən təşikatlar, sosial rifahın həyata keçirilməsində gəlir güdməyən təşkilatların rolu.

 

А.Н.Ибрагимова,

докторант кафедры конституционного права  БГУ 

"Организации  не преследующие доходы (прибыль)  » и их растущая роль в  обеспечении общественного благосостояния.

Pезюме

Кроме государств, существуют различные организации целью которых является обеспечения социальной защиты. Одним из них является "Не преследующие некоммерческие организации» (кратко ГГТ). Как ГГТ брал на себя важную роль в обеспечении потребности благосостояния во время отсутствия государственного обеспечения так и  оставался на повестке дня во время властвования глобализации и либерализма, а также когда государственное обеспечение постепенно терял постепенно свою силу. Организации не преследующие доход, направленных на снижение роли государства в защите за последние сто лет экономической и политической философии, потому что это организация постепенно развивается как количественно так и качественно при поддержке философии доминирующих государств.

Ключевые  слова: социальное обеспечение, организации не преследующие доходы, роль организаций не преследующие доходы в реализации социального благосостояния.

BSU,  PhD student . A.N.Ibrahimova

"Organizations do not pursue income (profit)" and their growing role in providing social welfare.

 

SUMMARY

There are institutions other than state whose purpose is to provide social welfare. One of them is “non-profit organizations” which has been acting as an important welfare institution in compensating of welfare needs of society before the welfare state. Now, non-profit organizations have started to act in a similar way while globalization and liberalizations has become dominant thought and welfare state have lost their power in contemporary world. However, non-profit organizations are very appropriate to the state, instead, they are supplementary institutions. Since non-profit organizations are very appropriate to the rationale of economical and political philosophy of the last quarter of the twentieth century, which requires minimalization of the state, they are being supported by the state which was directed by liberal philosophy. Hence, they are increasingly developing in terms of quantity and quality.

Keywords: social security, organizations do not pursue profits, the role of organizations do not pursue profits in the implementation of social welfare.

 

Giriş

Qloballaşma və onun fəlsəfəsi olan neo-liberalizm ilə birlikdə, rifah dövlətinin və sosial siyasətlərin maraq obyektinə çevrildiyi son yarım yüz ildə demək olar ki, dövlət bütövlükdə özü həyata keçirdiyi sosial öhdəliklərin bir qismini digər təşiklatlara verməyə başladı və bununla da rifah ehtiyaclarının ödənilməsində dolayı yolla da olsa yerdəyişmə müşahidə edildi.

Bu əlaqədə təməl olaraq 3 istiqmətdən söhbət açıla bilər: Birincisi, hər nə qədər rəhbərliyin bir hissəsi olsa da, mərkəzi idarəçiliyə nisbətən daha təsirli və məhsuldar olan “yerli özünüidarəetmə”nin sosial rifah xidmətlərində artan nisbətdə önə çıxmağa başlamasıdır. İkinci istiqamət, iyerarxik və bürokratik olmayan özü-özünə rəhbərlik formalarının (gəlir güdməyən təşkilatların) sosial rifah xidmətlərinin yerinə yetirilməsində gedərək artan bir ölçüdə sosial öhdəlikləri öz üzərinə götürməyə başlamasıdır. Üçüncü istiqamət isə dövlətin müdaxiləsini məhdudlaşdırmaq məqsədi ilə rifah dövlətinin sosial öhdəliklərinin “bazarlara” doğru sürüşdürülməsidir (sosial rifah təşkilatlarının özəlləşdirilməsi). Bu yazıda bu istiqamətdən sadəcə biri, yəni gəlir güdməyən təşkilatların sosial rifahın təmin olunmasındakı rolu nəzərdən keçiriləcəkdir.

Tarixə nəzər salsaq görərik ki, hələ dövlət sosial rifahı təmin etmək üçün öz yardım əlini sosial sahəyə uzadanadək, GGT olaraq adlanan qeyri-hökümət təşkilatları sosial rifahın təmin olunmasında daha çox işlər görmüşlər. Belə ki, bu təşkilatlar öz yerini yalnız cəmiyyətin gedərək inkişaf etməsi, sənayeləşmə, şəhərsalmanın böyüməsi, yeni siniflərin ortaya çıxması (işçi və işəgötürən kimi) və sosial problemlərin gedərək qeyri-hökümət təşkilatlarının öhdəsindən gələ bilməyəcəyi qədər böyüməsi nəticəsində bu sahəyə böyük və güclü bir təşkilat olaraq müdaxilə edə biləcək dövlətə verməsinə səbəb olmuşdur.

Rifah dövlətinin gündəmə gəldiyi yaxın dövrlərdə isə GGT, sosial siyasətlərin təmin olunmasında dövlətin yanında yeni bir üsul olaraq təkrarən maraq görməyə başlamış, mərkəzi idarəetmə, yerli idarəetmə və GGT arasında yeni bir rol bölgüsünü ortaya çıxarmışdır.

Ümumiyyətlə hər tərəfli dəstəklənən GGT ölkədən ölkəyə fərqli də olsa da get-gedə əhatəsini genişləndirmişdir. Bu təşkilatlar çevik strukturları, yüksək məhsuldarlıqları və mərkəzləşdirilmiş təşkilalatçılığı ilə 1980-cı illərdən etibarən, özəlliklə də qabaqcıl qərb ölkələrində, dövlətin rifah xidmətləri yanında özünə get-gedə artan bir şəkildə yer tapa bilmişdir. Bunun kimi müsbət xüsusiyyətləri ilə dövlətlərin GGT ilə bağlı yüksək səviyyədə əməkdaşlıq etdiyi görülməkdədir. Dövlətlər bəzi yeni-yeni xidmətlər yaratmaq yerinə mövcud olan təşkilatlardan istifadə etməyə üstünlük vermişdir. Ümumiyyətlə, sosial xidmətlərin təqdim olunmasında GGT-in rolu dövləti (mərkəz və yerli idarəetməni) tamamlayıcı olaraq reallaşdırmaqdadır.(4)

Anlayışlar:

A) “Müxtəlif rifah” anlayışı

Son illərdə qloballaşma və liberalizm axınlarının güclənməsi ilə birlikdə dövlətin rolunun azaldılması  yönümündə mübahisələrin ortaya çıxması, gözlərin dövlətin sosial ölçüsünə çevrilməsinə yol açmışdır. Onsuz da zəif olan sosial sahəni ölkənin rəqabət gücünün qarşısında maneə kimi görənlər xərcləri aşağı salmaq naminə təzyiqləri artırmağa başlamışdır. Bu yeni yanaşmalar istiqamətində, müxtəlif rifah növlərinin (Welfare mix), yəni sosial rifah xidmətlərinin təqdim olunmasında mərkəzi və yerli idarəetmənin (dövlət və bələdiyyə sektoru) yanında qeyri-hökümət sektorunun (ailə, qonşuluq, dostluq), özəl sektorun (bazar və şirkətlər), könüllü sektorun (fond, ictimai birlik kimi GGT) birlikdə fəaliyyət göstərməsi müzakirə olunmağa başlanmışdır.

Siyasi yönümləri nə olursa olsun müasir cəmiyyətlərə baxıldıqda bu cəmiyyətlərdə fərdlərin müxtəlif iqtisadi çətinliklərə, yaşlılığa və əlilliyə qarşı müdafiə olunması, təməl insan hüquqlarının müdafiə altına alınması və sosial və mədəni dəyərlərin qorunması və dəstəklənməsi üçün bir sıra tədbirlər görmənin çətinliyi müşahidə edilməkdədir. Bu tədbirlərin əhatəsi və xidmətlərini təmin edən təşkilatlar ölkədən-ölkəyə fərqlənməkdədirlər. Misal üçün, yuxarıda da deyildiyi kimi, bəzi ölkələrdə şəxsən dövlət (mərkəzi və yerli özünüidarəetmə) vətəndaşlara minimum gəlir, minimum bir sahədə tibbi xidmət, mənzil və başqa sahələrdə qaranti vermişdir. Bəzi ölkələrdə isə, özəl təşkilatlar ( GGT və bazarlar) insanların ehtiyaclarının ödənilməsində daha böyük bir öhdəlik götürmüşdür. Bir qisim ölkələrdə isə qarışıq bir yardım sistemi tətbiq olunmaqdadır. Bir yandan həm dövlət, həm özəl sektor, digər yandan da kollektiv və fərdi öhdəliklərdən yaranan faktorlar bütün bu vəzifəni öz üzərinə götürməkdədir.

Müxtəlif rifah vasitələri anlayışı, “dövlət sıradan çıxarılmadan xidmətlərin təqdim olunmasında digər sosial təmin edici təşkilatlardan da yararlana bilmə” mənasına gəlməkdədir. Əvvəllər isə bu anlayış rifah dövlətinin tək başına öz üzərinə götürdüyü xidmətləri - dövlət sektoru, özəl sektor, qeyri-hökümət sektoru, könüllü sektor tərəfindən ortaq bir şəkildə reallaşdırılması, dövlətin isə daha çox bu sektorlara maliyyə dəstəyi verməsi və xidmətlərin tənzimlənməsində öhdəlik daşıması kimi ifadə edilirdi.

Dolayısı ilə, bir ölkədə əldə edilən toplam rifah- “müxtəlif rifah vasitələri”, ya da “rifah çoxluğu” (welfare pluralism) olaraq ifadə edilən bu rifah təminedici qurumların hər birinin yaratdığı rifah cəmlərindən ibarətdir. Günümüzdə rifah çoxluğunun- dövlət sektorunda ən güclü olan qabaqcıl rifah dövlətləri də başda olmaqla bir çox ölkədə çox güclü bir şəkildə olmasa belə işlər gördüyü görülməkdədir. Ancaq bunların dövlət tərəfindən dəstəklənməsi və daha qüvvətli şəkildə həyata keçirilməsi tələb olunur.(8)

Sosial rifahın tarixçəsinə baxıldıqda dövlət, bazar və cəmiyyətin sosial rifahın həyata keçirilməsində daima birlikdə olduğu, dolayısı ilə günümüzdə də ortaya çıxan bənzər anlayışın, dövlətin bu xidmətlərdən geri çəkilməsi məqsədinə yönəlik olmadığı, qarışıq bir rifah iqtisadiyyatının yenidən yaradılması mənasına gəldiyi görülməkdədir. Bu səbəblə sosial rifahın təqdim olunması nöqtəsində gözlənilən dəyişikliklərə bu prizmadan baxmaq vacibdir.

Rifah rejiminin təsnifatı aparılarkən dövlətlərin müxtəlif rifah xüsusiyyətlərinə görə də təsnifatının aparılması, əsas nəzərdən keçirilməsi vacib olan amillərdəndir. Misal üçün, Skandinaviya modelində dövlət digərlərinə nisbətən daha vacib rol oynayır. Cənubi-Avropa modelində isə ailə və könüllü təşkilatlar (misal üçün Katolik kilsəsi) digərləri ilə nisbətdə daha öndə gəlirlər. (5)

  B) “Gəlir Güdməyən Təşkilatlar” ın anlayışı və sosial rifaha töhvəsi

  Qeyri-hökümət təşkilatları kiçik yerli dərnəklərdən tutmuş, geniş və olduqca professional təşkilatlara qədər son dərəcə fərqli təşkilatlardan ibarətdir. Bu fərqli təşkilatları adlandırma mövzusunda ədəbiyyatda çox fərqli anlayışlardan istifadə edildiyi görülməkdədir. Bu terminlərdən ən çox istifadə olunanları isə bunlardır: gəlir güdməyən təşkilatlar (non-profit organizations), gəlir güdməyən sektor ( non-profit-sektor), könüllü təşkilatlar (voluntary organizations), gəlir üçün yaradılmayan təşkilatlar ( not-for-profit organizations), qeyri-hökümət təşkilatları (civil society organizations), üçüncü sektor (thirat sector), müstəqil sektor (independent sector), xeyirsevər yardım təşkilatları (charitable organizations), vergidən azad təşkilatlar ( tax-exempt organizations), sosial hərəkatlar (social movements) və başqaları. Ancaq özəlliklə sosial sahədə fəaliyyət göstərənlər üçün ən çox istifadə olunan və ən yüksək tanınma bacarığına sahib olan anlayış “Gəlir Güdməyən Təşkilatlar” anlayışıdır.

Qeyri-hökümər təşkilatı olan GGT yüzillərdir ki, sosial rifahın təmin olunmasına xidmət etməkdədir. Digər terminlər bu yönü ilə anlayışı tam mənası ilə dərk etməkdə, tanıtmaqda çətinlik çəkir. Bu səbəblə də bu yazıda sosial siyasət baxımından təsirli vəziyyətdə olan qeyri-hökümət təşkilatlarından danışılarkən “Gəlir Güdməyən Təşkilatlar” anlayışından istifadə edilməyə çalışılacaqdır.

İlk dəfə ədəbiyyatlarda bu anlayışa 1973-cü ildə toxunulmuşdur. Theodere Levitt bənzər bir anlayış olan “üçüncü sektor” anlayışından ilk dəfə bu ildə yazdığı kitabında istifadə etmişdir. Salamon və Anheier GGT-ın ortaya çıxışını, 20-ci yüz ilin ən böyük kəşfi olaraq xarakterizə etmişdir. 

GGT-ın mənası nədir? Ümumiyyətlə  hansı təşkilatlar bu sektorun bir parçasıdır? Bu təşkilatların ortaya çıxmasının səbəbləri nələrdir? Bunlar hansı məqsəd uğruna fəaliyyətdədirlər? Əslində GGT-ın nə məna daşıdığı, hansı təşkilatların GGT sayıldığı, hansıların sayılmadığı, bunların meydana gəlmə səbəbləri, məqsədləri kimi xüsusiyyətlər, bu təşkilatların çox yayıldığı cəmiyyətlərdə də hələ aydın bir şəkildə izah edilə bilinməmişdir və olduqca da geniş bir sahəni əhatə etməkdədir.

GGT-ın tərifinə ən yaxşı şəkildə  bu təşkilatların çox yayıldığı və güclü  olduğu ölkələrin önündə gələn ABŞ-ın əyalət konstitusiyalarında rast gəlinir. GGT konstitusion olaraq ən yaxşı şəkildə bu ölkədə tənzimlənmişdir və termin qanunlarda eyni şəkildə ifadə edilmişdir. Ohayo əyalətinin qanununa görə “GGT-maddi bir gəlir və qazanc əldə etmək məqsədilə yaradılmamış, bu səbəblə də dəqiq gəlirinin hamısı və ya bir hissəsini üzvlərinə, işçilərinə, təşkilatçılarına və ya hər hansı bir şəxsə verməyən təşkilatdır”. Təşkilat təqdim olunan xidmətlərin qarşılığında məqbul ödəmələr, maddi qazanc və ya qazancın paylanılması olaraq qiymətləndirilə bilməz. (9)

Digər bir tərifə görə isə  GGT, mal və xidmətlərin istehsalı məqsədilə yaradılan hüquqi,  ya da sosial varlıqdır. Ancaq bunların statusu- qurduqları, idarə etdikləri, ya da maliyyələşdirdikləri təşkilatların özlərinin gəlir, qazanc, ya da digər maliyyə mənfəəti kimi mənbəyinin olmasına icazə verməsindədir.

Başqa bir tərifdə isə GGT, qısacası  özəl sektorda qurulan ( təhsil, səhiyyə, elmi irəliləmədə, sosial rifah, ya da azad düşüncənin inkişafı kimi), yalnız bir çox ictimai məqsədləri olan təşkilatları ifadə  etməkdədir.

 ABŞ-ın vergi qanunvericiliyinə baxıldıqda 27 fəqli hüquqi şəxsin GGT olaraq qəbul edildiyi və vergidən azad olunduğu görülməkdədir. Misal üçün, bəzi korporativlər, həmkarlar ittifaqları, məşğulluq idarələri, xeyriyyə təşkilatları bunların sırasındadırlar.

GGT saysız-hesabsız rifah xidmətləri təqdim edir. Misal üçün, ABŞ-da narkotik asılılığı olanların müalicə aldıqları mərkəzlər- Salvation Army, Catholic Charities, Lutheran Social Services kimi təşkilatlar, sosial sahədə aktiv və mühüm rol oynayır və onu da qeyd etmək lazımdır ki, bunların maliyyələşməsinin böyük bir hissəsini dövlət öz üzərinə götürmüşdür.

Bu gün Amerikada minlərlə uşaq evləri, klinikalar, xəstəxanalar, ali təhsil müəssisələri, tədqiqat institutları, qeyri-hökümət təşkilatları, sosial xidmət büroları, məşğulluq və peşə mərkəzləri, muzeylər, incəsənət muzeyləri və buna bənzər onlarla təşkilatların hamısı birgə gəlir güdməyən təşkilatlar sektorunu yaratmaqdadır. (7)

Gəlir güdməyən təşkilatlar kimi tanınan təşkilatların 6 bənzər xüsusiyyətləri vardır:

      1. Her şeydən əvvəl onu qeyd etmək lazımdır ki, bu təşkilatların hamısı eyni bir şəkildə “təşkilatlanmışdır”. Müvəqqəti və məqsədyönlü bir şəkildə insanların bir yerə gəlməsi, gəlir güdməyən təşkilat kimi qiymətləndirilə bilməz.
      2. Bu təşkilatların “özəl sektorda” fəaliyyət göstərməsidir. Dolayısı ilə bunların dövlətdən ayrı olması zəruridir, ancaq bu xüsusiyyət həmən təşkilatların da dövlətdən maddi dəstək almayacağı mənasına gəlməməlidir.
      3. Əldə edilən gəlirin “sosial yönümlü” istifadəsidir. Yəni bu təşkilatlar özəl müəssisələrdəki kimi əldə edilən gəliri üzvləri arasında qətiyyən bölüşdürməzlər.
      4. Heç kəsdən asılı olmayan “müstəqil idarəetmə”nin olmasıdır. Öz fəliyyətini özü planlayar və özü də həyata keçirər. Kənardan heç kim, ya da heç bir təşkilat ona müdaxilə edə bilməz.
      5. Gəlir güdməyən təşkilatın könüllü bir şəkildə ortaya çıxmasıdır. Ümumiyyətlə idarə heyəti könüllüdür, ancaq işləyənlərin bir qismi könüllü olmaya da bilər.
      6. Sonuncusu isə gəlir güdməyən təşkilatların “ictima məqsədli” fəaliyyətdən ibarət olmasıdır.

 

Gəlir güdməyən təşkilatların digər təminedici təşkilatlardan nisbətən üstünlükləri.

Sosial rifah xidmətləri yerinə yetirilərkən, gəlir güdməyən təşkilatların dövlət orqanlarına nisbətən bəzi üstünlüklərinin olduğu aşkar bir şəkildə özünü  biruzə verir. Misal üçün, sosial yardıma ehtiyac duyan bəzi qruplar, bu yardımlardan istifadə edə bilmək üçün brükratiyaya boğulmuş dövlətə deyil, gəlir güdməyən təşkilatlara daha çox üstünlük verirlər. Yəni dövlət bir sosial xidmət təşkilatı yaratdıqda bu təşkilatın funksiyalarının cəmiyyətin ehtiyacları yönümündə dəyişdirilməsi çox da asan olmayacaqdır. Halbuki, gəlir güdməyən təşkilat ümumilikdə kiçikdir və bu təşkilatların idarə heyətinin üzvləri çox sürətlə dəyişikliklər yönümündə qərar qəbul edə bilmək iqtidarındadırlar. Beləcə ehtiyaclar yönümündə dəyişikliklər edə bilmək bacarığına sahib olan gəlir güdməyən təşkilatların olduqca çevik olduqları görülməkdədir. Dövlət gəlir güdməyən təşkilatlardan əldə etdikləri razılaşmalarla bu çeviklikdən faydalanmaqdadır.

Dövlət gəlir güdməyən təşkilatlarla əldə etdiyi razılaşmaya ehtiyac duymadıqda, bu razılığı çox asanlıqla ləğv edə bilmək iqtidarındadır. Halbuki əgər bir dövlət təşkilatı yaradılarsa, onun ləğv edilməsi olduqca çətinlik törədəcəkdir.

 Gəlir güdməyən təşkilatların funksiyasına dair bir digər vacib məqam isə bu təşkilatların lobbiçilik edə bilmək bacarığının olmasıdır. Xüsusilə də təşkilati işgücünün azaldığı son 25 ildə bir çox ölkədə rifah dövlətinin və sosial siyasətlərin həyata keçirilə bilməsi və əhatəsinin genişləndirilə bilməsi üçün, gəlir güdməyən təşkilatların bu lobbiçilik bacarığının çox vacib bir rol oynadığı irəli sürülməkdədir.

Rifah rejimlərinin təsnifatında gəlir güdməyən təşkilatların yeri.

Rifah ədəbiyyatının öndə gələn bir yazarı Gosta Esping-Andersen, ölkələrin rifah sarıdan təsnifatını apararkən təsnifatı rifah dövlətləri olaraq deyil, “rifah rejimləri” olaraq ifadə etmişdir. Burada rejim anlayışı ilə rifahın qarışıq bir şəkildə dövlət-bazar-cəmiyyət  arasında yaradılması və bölüşdürülməsini nəzərdə tutduğunu bildirmişdir. Buradakı bazar anlayışı həm özəl sektoru, həm də gəlir güdməyən təşkilatları əhatə etməkdədir.

Gosta Esping-Andersenin 1990-cı illərdəki fəaliyyətinə qədər rifah dövlətləri ilə bağlı  tədqiqatlarında, bu dövlətləri təsnifləşdirməkdə əsasən “sosial rifah xərcləri” diqqətə alınmışdır. Ancaq Esping-Andersen daha əvvəlki fəaliyyətindəki kimi sosial xərclərin səviyyəsi üzərində daha çox qalmanın əslində aldadıcı olacağını, bunun rifah dövlətlərindəki fərqi tam olaraq əks etdirə bilməyəcəyini göstərməyə çalışmışdır.

Bu baxımdan Esping-Andersen, ölkələri rifah rejimlərinə görə qiymətləndirərkən, sosial tədbirlərin kimlər tərəfindən edildiyini əsas diqqət mərkəzində saxlamışdır. Bəs görəsən transfer və xidmətlər şəklindəki sosial dəstəyin əsas təminatçısı dövlətdirmi, bazardırmı, gəlir güdməyən təşkilatlardırmı, yoxsa cəmiyyətdirmi (cəmiyyət dedikdə burda söhbət ailədən gedir)? Rifah rejimi analizləri rifah dövlətinin tək xidmət təminedici olduğunu iddia etməkdədirlər. Ölkələrə görə dəyişməklə birlikdə, bir çox ölkədə dövlətin mərkəzi və yerli idaəretmə orqanlarında, özəl sektorunda (bazar və GGT), rifah xidmətlərində vacib bir paya sahib olduğu da görülməkdədir.

  Esping-Andersenin apardığı “üçlü rifah rejimi” təsnifatına bu istiqamətdən baxılarsa, “liberal rifah rejimləri”ndə digərlərinə nisbətən bazara daha çox əhəmiyyət verildiyi (və bu zaman da ailənin daha çox nəzərdə saxlanıldığı), “mühafizəkar rifah rejimləri”ndə daha çox ailənin və yerli özünüidarəetmə orqanlarının sosial məsuliyyətinə əhəmiyyət verildiyi, “sosial demokratik rifah rejimləri”ndə isə ailə və bazarın hər ikisinin də sosial müdafiədə yetərsiz qaldığı, kollektiv bir həllə yönəldiyi və əsil məsuliyyətin dövlətə verildiyi müşahidə edilməkdədir. (3)

Gəlir güdməyən təşkilatların tarixi inkişafı

Gəlir güdməyən təşkilatların var olmasının təməlində dayanan bəzi səbəblər var. Bunların içində isə “tarixi səbəblər” in varlığı daha vacibdir. Hələ dövlətlərin var olmadığı bir vaxtda cəmiyyətin problemlərinin həllində gəlir güdməyən təşkilatların köməyindən istifadə, hərkəsə çox yaxşı məlumdur. Keçmiş vaxtlarda insanlar öz problemlərini tək başına həll edə bilmədikləri üçün, bir yerə gələrək könüllü təşkilatlar yaratmış və güclərini birləşdirmişdilər.

Digər bir səbəb “bazarın uğursuzluğu”dur (market failure). Bazarlar ayaqqabı, maşın, geyim, ərzaq kimi malları istehsal etməkdə çox uğurlu olsa da “dövlət malı” (public goods) olaraq adlandırılan və adətən “pulsuz” (free-rider) problemi olan, yəni hər kəs tərəfindən hər hansı bir ayrı-seçkilik qoyulmadan malların istehsalında uğursuz olmaqdadırlar. Onsuz da müdaxiləçi dövlətin ortaya çıxşının altında gizlənən səbəb də budur. Bu səbəblə bu tip malların istehsalında dövlətin  yanında gəlir güdməyən təşkilatlar da iştirak etməkdədirlər.

Başqa bir səbəb “dövlətin uğursuzluğu” dur” (government failure). Hər nə qədər bazarın başlığını doldurmaq üzrə dövlət iqtisadi və sosial həyata müdaxilə etməyə başlasa da bu dəfə də brükratiya, çatışmazlıq kimi səbəblərlə dövlətin yerinə yetirə bilmədiyi bəzi sosial vəzifələri gəlir güdməyən təşkilat öz öhdəsinə götürməyə başlamışdır. Misal üçün, ABŞ belə bir vəziyyəti aradan götürmək, dövləti maliyyələşdirmək üçün  gəlir güdməyən təşkilatla xidməti reallaşdırmışdır. Bir başqa səbəb isə cəmiyyətdəki “həmrəylik” ruhudur. Həmrəylik ruhunun inkişaf etdiyi cəmiyyət də gəlir güdməyən təşkilatın sayı və keyfiyyətini artırmaqdadır. (4)

Информация о работе Организации, не преследующие доходы (прибыль) и их растущая роль в обеспечении общественного благосостояния