Организации, не преследующие доходы (прибыль) и их растущая роль в обеспечении общественного благосостояния

Автор: Пользователь скрыл имя, 13 Сентября 2013 в 22:31, статья

Краткое описание

Кроме государств, существуют различные организации целью которых является обеспечения социальной защиты. Одним из них является "Не преследующие некоммерческие организации» (кратко ГГТ). Как ГГТ брал на себя важную роль в обеспечении потребности благосостояния во время отсутствия государственного обеспечения так и оставался на повестке дня во время властвования глобализации и либерализма, а также когда государственное обеспечение постепенно терял постепенно свою силу. Организации не преследующие доход, направленных на снижение роли государства в защите за последние сто лет экономической и политической философии, потому что это организация постепенно развивается как количественно так и качественно при поддержке философии доминирующих государств.

Файлы: 1 файл

Gəlir güdməyən təşkilatlar və sosial rifahın təmin olunmasında artan rolu.doc

— 197.50 Кб (Скачать)

Sənaye inqilabından əvvəl gəlir güdməyən təşkilatın vəziyyəti

Bu gün gəlir güdməyən təşkilat olaraq adlanan və xeyirsevər ölkə istiqamətində fəaliyyətdə olan bu tip könüllü təşkilatlar tarix boyunca var olan möhtac insanlara yardım əlini uzadan təşkilatlardır.

Müasir rifah dövlətlərinin yaranmasından əvvəl də, rifah dövlətinin həyata keçirdiyi bir sıra sosial rifah xidmətlərini, hansı ki cəmiyyətin sosial yardıma ehtiyac duyan üzvlərinə (məs: əlillər, xəstələr, qocalar vəs.) tətbiq olunurdu, din, bazar, könüllü birliklər kimi təşkilatlar həyata keçirirdi. İnsanlara sosial müdafiə təmin edən bu ənənəvi təşkilatlar nisbətən daha gənc olan rifah dövlətlərindən daha çox yaşlıdır və tarixin dərinliklərinə qədər gedib çıxır. Dövlətin sosial öhdəliklər daşıdığı vaxtlarda fərdləri sosial və təbii böhranlar qarşısında ailəvi şəkildə qoruyan bu sosial həmrəylik təşkilatları rifah təminedici təşkilatlar olaraq vəzifə daşımaqdaydı. Bu təşkilatlar ailə və qohumluq əlaqələri, məhəllə-kənd-qəsəbə həmrəyliyi, gildiya kimi iqtisadi məqsədli təşkilatların təmin etdiyi həmrəylik, təriqət kimi dini məzmuna sahib təşkilatların təmin etdikləri həmrəylik və s.-dən təşkil olunurdu. Bununla yanaşı şəhərlərdə idarəedən təbəqəni dəyişir, narahatlıqla yoxsullara yönələn təşkilati bir qoruma sistemi yaratmağa çalışdıqları da müşahidə edilirdi. Bunlar hardasa bütün dövlətlər və cəmiyyət üçün də keçərlidir. Beləcə sənaye inqilabına qədər olan çox uzun zaman inkişaf etmiş ölkələrdə və digər ölkələrdə sosial siyasətin həyata keçirilməsi könüllülük və qarşılıqlı yardımlaşmaya əsaslanan xeyirsevər təşkilatlar (gəlir güdməyən təşkilatlar) tərəfindən həyata keçirilirdi. Sənaye inqilabı zamanı sosial-iqtisadi sahə böyük ölçüdə dəyişməyə başladıqca, sosial rifah təmin edən qurumların da dəyişməyə başladığı nəzərlərdən qaçmamaqdaydı.

Sənayeləşmənin başlaması  və gəlir güdməyən təşkilatların azalan fəaliyyəti.

Sənayeləşmə qədim dövrün sosial təşkilatları olan ailə, xeyriyyə təşkilatları və digər yardım təşkilatlarının təsirsiz qalmasına bunların yerinə bu tipdə ehtiyacları qarşılaya biləcək yeni təşkilatların yaranmasına səbəb olmuşdur, çünki ənənəvi sosial yardım təşkilatları şəhərlərdə toplaşan işçilərin iş qəzaları və onlara göstəriləcək tibbi xidmətlər kimi ehtiyaclarına cavab verə bilmirdi.

Sənaye inqilabı və özü  ilə birlikdə gətirdiyi urbanizasiya prosesi ənənəvi sosial müdafiə təşkilatlarını ortadan qaldırmış və  ya təsirlərini zəiflətmiş, getdikcə kiçilən ailə quruluşları ilə birlikdə ailə telləri və ailənin qoruyucu vəzifələrini zəiflətmiş və sənaye cəmiyyətindəki bu öhdəlik dövlətin üzərinə qoyulmuşdu. Bunun kimi səbəblərlə sənayeləşmə ilə birlikdə sosial rifah xidmətlərinin təmin olunmasında dövlətin ön plana keçdiyi, uzun bir dövr ərzində dövlətin sosial rifahı təmin etmə funksiyasını tək başına öz öhdəsinə götürdüyü görülməkdəydi. (12)

1975-ci ildən sonra: neo-liberalizm, qloballaşma və gəlir güdməyən təşkilatların yenidən gündəmə gəlməsi.

1970-ci illərdən etibarən ortaya çıxan qloballaşma və neo-liberal axının dövləti digər bir çox sahə ilə birlikdə sosial sahədən də çəkilməyə vadar etməsi nəticəsində qərb dünyasında sosial xidmətlərinin təmin olunmasında gəlir güdməyən təşkilatların rolunun kəmiyyət və keyfiyyət baxımından getdikcə artmasına səbəb olmuşdur.

1) Liberalizmin təsiri

Liberal prinsiplər istiqamətində son illərdə getdikcə daha çox diqqətə çarpan hal xalq və dövlətin səlahiyyətlərinin bir qisminin ya “milli” (yerli özünüidarəetmə, gəlir güdməyən təşkilatlar), ya da “transmilli” (Valyuta Fondu, Dünya Bankı kimi) təşkilatlara paylanılmasıdır. Bu səbəblə bilinməlidir ki, gəlir güdməyən təşkilatların inkişafının arxasında yer alan ən böyük faktor, liberal fəlsəfənin təkrar güclənməyə başlamasıdır.

Sənayeləşmə prosesi ilə birlikdə sosial rifah xidmətlərinin təmin olunmasında dövlətin ön plana keçdiyi, uzun bir müddət dövlətin sosial rifah təmin etmə funksiyasını təkbaşına öhdəsinə götürməsi, ancaq 1970-ci ildən etibarən ortaya çıxan neo-liberal axının dövləti səmərəsiz və təsir göstərməmədə günahlandıraraq, digər bir çox sahə ilə birlikdə sosial siyasətlərdən də çəkilməyə məcbur etməsi nəticəsində gəlir güdməyən təşkilatların kəmiyyət-keyfiyyət olaraq getdikcə inkişaf etdiyi görülməkdədir.

Keçdiyimiz yüz il boyunca neo-liberalizm ölkələri istiqamətində  dövlətin üzərindəki sosial öhdəliklərin azaldılmasının bir yolu olaraq gəlir güdməyən təşkilatların ön plana çıxarıldığı,“qeyri-hökümət” ifadəsinin neo-liberal fəlsəfənin bir davamı kimi gəlməsidir.

Liberal düşüncə sahiblərinə görə bazarlar müstəqillik təməlinə söykənərək əsas rifahı maksimum həddə çıxarır. Bu səbəbdən dövlətin sosial xidmətləri sahəsindəki səlahiyyətləri bazarlara qeyri-hökümət sektoruna (ailələr) və könüllü sektora (gəlir güdməyən təşkilatlar) verilməlidir. Bu istiqamətdə son illərdə aktiv cəhdlərin əsas və sözügedən mövzu olduğu da bilinməkdədir.

Dövlətin sosial sahədəki başlıca rolu, ancaq özəl sektorun yaratmaq istəmədiyi xidmətlər və ya görmək istəmədiyi xidmət sahələrində vəzifə daşımaq və ya bazarların yaratdığı xidmətlərlə gücü çatmayan yoxsullara yardım etmək, ya da vətəndaşların lehinə olan özəl sektorun xidmətlərinə dəstək vermək, onlara subsidiyalar vermək və fəaliyyətlərinə kömək etməli olmasıdır.

2) Qloballaşmanın təsiri

Gəlir güdməyən təşkilatların əhəmiyyət daşımasında, hər şeyi dəyişdirən və çevirən qloballaşmanın rifah dövlətlərinin kiçildilməsi yönümündəki təzyiqləri vacibdir. Bu təzyiqlərin nəticəsi, bazarlar və gəlir güdməyən təşkilatlar sosial rifah xidmətlərinin təqdim olunmasında əhəmiyyət daşımağa başlamışdır.

1970-ci ildən sonra dövlətin sosial rifah xidmətlərinin təqdimatına olan töhvə və məsuliyyətinin zəifləmə dönəminə  girməsi gözlərin yenə bu təşkilatlara çevrilməsinə  yol açmışdır, çünki insanlığın ilk dövrlərindən etibarən sosial rifah xidmətləri təqdim edən bu təşkilatlar zaman-zaman dəyişsə də cəmiyyətdə vacib funksiyaları öz üzərinə götürmüşdür və götürməkdə də davam edəcəyi gözlənilir.

Müasir qeyri-hökümət təşkilatı olan gəlir güdməyən təşkilatlar, 1980-cı illərdən etibarən özəlliklə də inkişaf etmiş qərb ölkələrində sosial siyasətin təmin olunmasında yeni bir üsul olaraq təkrarən maraq görməyə başlamışdır. Mərkəzi idarəetmə- yerli idarəetmə və gəlir güdməyən təşkilatlar arasında xidmət bölgüsünü ortaya çıxarmış, dövlətin gəlir güdməyən təşkilatlar ilə irəli səviyyədə işbirliyi edildiyi müşahidə edilmişdir. Dövlət yeni xidmət növləri yaratmaq əvəzinə mövcud təşkilatların xidmətlərindən istifadə etməyə üstünlük vermişdir. Özəlliklə 1970-ci illərdən sonra canlanmağa başlayan bu dövr, bir çox ölkədə qarışıq rifah xidmətlərinin vacib bir qismini təşkil etməkdəydi.

Başda ABŞ, İngiltərə, Fransa və başqaları olmaqla bir çox ölkədə edilən hüquqi və inzibati dəyişikliklərlə  dövlətin sosial rifah xidmətlərindəki maliyyə və audit öhdəlikləri davam etdiyi halda, xidmətlərin istehsal və istehlak öhdəlikləri gəlir güdməyən təşkilatlara təhvil verilməyə başladıldı.

Ancaq Belçika və Koreyanı çıxarsaq gəlir güdməyən təşkilatlar tərəfindən həyata keçirilən sosial xərclərə dair məlumatların hələki yetərsiz olduğu görülməkdədir. Digər yandan  gəlir güdməyən təşkilatların güclənməsində qloballaşma dövrünə paralel olaraq başqa faktorların da təsirli olduğu bildirilməkdədir. Misal üçün, gəlir güdməyən təşkilatlara sosial rifah öhdəliyinin verilməsi ilə ümumilikdə təşkilatçılığın yenidən qurulması dövrü arasında diqqətə çarpan bir əlaqə olduğu irəli sürülmüşdü. Qeyd olunduğu kimi son yarım yüz ildir ki, müəssisələr rahatlığın artırılması yollarını axtarmış, bu məqsədlə də podratçılıq və tam vaxtında istehsal etmə kimi metodlara əl atmışdır. Dövlətlər də buna bənzər ehtiyac hiss etmiş, özünü daha çevik hiss edən kiçik ölçülü gəlir güdməyən təşkilatların xüsusi bacarıqlarından istifadə etmişlər.

1970-ci ildən sonra gözlənilən dövlət xidmətlərinin özəl sektora təhvil verilməsi gəlir güdməyən təşkilatların inkişafında təsirli rol oynamışdır. Lakin bu xidmətlərin bütövlükdə özəl sektora təhvil verilməsinin qeyri-mümkün olması və əgər baş verərsə bunun cəmiyyətdə narahatlığa səbəb olacağı və bu səbəblə də bazara daha yumşaq bir keçidin təmin olunmasında gəlir güdməyən təşkilatların daha böyük rol oynayacağı deyilirdi. (11)

Gəlir güdməyən təşkilatların sosial rifahın təminində yer alıb-almaması ilə  bağlı mübahisələr.

  1. Gəlir güdməyən təşkilatlara yönəlik yanaşmalar

Qloballaşma və onun ideologiyası  olan neo-liberalizm konteksində rifah dövlətinin funksiyaları  və dolayısı ilə sosial vəzifələri ilə bağlı bəzi təməl mübahisələr başlamışdır. Bəs bu mübahisələrdə gəlir güdməyən təşkilatların rolu nədən ibarətdir?

Sosial siyasət ilə maraqlanan bəzi müəlliflər əslində dövlətə sosial rifahı təmin etməsində son çarə olaraq müraciət edilməsinin, bir təşkilat olaraq qalmasının vacibliyini müdafiə etməkdədirlər. Bunlara görə ən birinci məsuliyyət fərdin özünə aiddir. Fərd özü tək başına bəzi problemlərin öhdəsindən gəlməli, ikinci olaraq isə ailəsi, qonşuları və dostları qoşulmalı, bu da yetərsiz olduqda xeyirsevər təşkilatlar (gəlir güdməyən təşkilatlar) bu problemləri həll etməyə çalışmalıdır.

Bu mübahisələrin digər tərəfində olanlara görə  isə, dövlət sosial xidmətin təqdimində ən təməl təşkilatdır. Rifah dövləti (welfare state), dövlət rifahı (state welfare) ilə eyni məna daşımır. Bunun alternativi olaraq bazarın və gəlir güdməyən təşkilatların göstərilməsi yanlış bir düşüncə tərzidir.

Bu mövzuya daha mülayim yanaşanlara görə  isə dövlət hər hansı bir ölkədə rifah təmin edən tək təşkilat deyildir. Rifahın təminində qarışıq bir quruluş hökm sürür. Liberal fikri mənimsəyənlərə  görə sosial rifah xidmətlərinin təqdimində vacib olan xidmətlərin yerinə yetirilməsidir, dövlətin şəxsən bu işləri öz öhdəsinə götürməsi deyildir. Misal üçün, dövlətin pensiya sistemini qurmaq və bu sistemi işlətmək kimi bir öhdəlik daşımasına ehtiyac yoxdur. Məcburi fərdi pensiya sığorta sistemi qurmaqla bu xidmət həyata keçirilə bilər. Və ya tibbi sığorta üçün vacib maddi təminatı olmayan fərdlərə dövlətin baxması yerinə, məcburi bir fərdi tibbi sığorta sistemi yaratmaq olar. Buna bənzər yaşlılara və uşaqlara baxmaq kimi sosial xidmətlər də gəlir güdməyən təşkilatlar və özəl sektor tərəfindən yerinə yetirilə bilər. Dövlətin bu xidmətlərin təqdim olunmasının əsasında idarəedici (nəzarət) vəzifəsini yerinə yetirməsi, bəzi hallarda da maliyyə dəstəyinin verilməsi məqsədə uyğun hərəkət tərzi olacaqdır. Ancaq bazar iqtisadiyyatı tərəfdarlarına görə isə bu tip xidmətlərin dövlət tərəfindən yerinə yetirilməsinin bəzi pozitiv təcridlənmələrə səbəb olacağı inkar edilməməlidir. Bəzi müəlliflər bu fikirdədirlər ki, əgər dövlətin öhdəsinə götürdüyü sosial xidmətlər özəl sektor tərəfindən yerinə yetirilərsə bunlardan daha az yararlana bilmə təhlükəsi ilə qarşı-qarşıya qalacaqdır. Digər bir yandan özəlliklə də liberalizm fəlsəfəsinin əlehdarları olan bəzi müəlliflər öz aralarında dövlətin sosial öhdəliklərini bazarlar, gəlir güdməyən təşkilatlar, ya da qeyri-hökümət sektoru yerinə yetirə bilməyəcəyi təqdirdə, onda qocalıq, işsizlik kimi risqlərlə dövlətin də mübarizə apara bilməyəcəyi üzərində mübahisə aparmaqdadırlar. Hər cəmiyyət özünəməxsus bir rifah rejiminə sahib olsa da, bəzi vəziyyətlərdə bazar, ya da könüllü təşkilatların qoruma funksiyasının yerinə yetirilə bilməyəcəyi və dövlətin bəlli bir müddət üçün  bəlli bir ölçüdə müdaxiləsinin vacib olacağı ifadə edilməkdədir.

Sosial siyasətin və sosial rifah xidmətlərinin dövlətin xaricindəki sosial rifahı təmin edənlərə təhvil verilməsi heç də yaxşı qarşılanmamışdır. Ancaq bu sosial rifahı təmin edən təşkilatların da cəmiyyətdəki xeyirli fəaliyyətlərini olduqca uğurlu həyata keçirə bildikləri danılmazdır. ABŞ-da gəlir güdməyən təşkilatların fəaliyyətlərindəki uğurlar ən bariz nümunədir. Gəlir güdməyən təşkilatların sosial xidmət sahələrində bir çox dövlət təşkilatlarından daha uğurlu olduğu da diqqətdən yayınmamaqdadır. Əsasən öz maliyyə mənbələrindən istifadə edərkən xidmətlərini reallaşdıran bu təşkilatlar dövlətlə birgə çalışırlar.  

Dolayısı ilə bir çox ölkədə  gəlir güdməyən təşkilatlara yeni yollardan biri olaraq müraciət edilir. Bu səbəblə gəlir güdməyən təşkilatlara məsuliyyət verilməsi, heç də dövlətin məsuliyyətinin azalacağı mənasına gəlməməkdədir. Burada olan ən əsas məqsəd, cəmiyyətin xeyrinə uyğun şəkildə sosial rifahın təmin olunmasıdır. Yoxsa ki, dövlətin sosial öhdəliklərindən geri çəkilməsi planlanmamışdır. Əksinə rifah dövləti məqsədinə çatmaqda mövcud olan potensialını bu yolla genişləndirməyə çalışmışdır. (4)

2) Gəlir güdməyən təşkilatların inkişafına dair fərqli fikirlər

Gəlir güdməyən təşkilatların inkişafı  ilə bağlı bəzi fikirlərin yanlış olduğu irəli sürülməkdədir. Misal üçün, əsasən qərb dünyasında son 20-30- ildə gəlir güdməyən təşkilatların getdikcə mühüm yer tutduğu bu dövrün qloballaşma, liberallaşma və rifah dövlətini özəlləşdirməsi ilə bağlı olduğu, onlarla birlikdə gündəmə gəldiyi bilinməkdədir.     

Ancaq bəzi müəlliflərə görə  əslində burda yanlış bir qəbul etmənin olduğu aşkar görünür, çünki gəlir güdməyən təşkilatların artan rolunu neo-konservatizm və rifah dövlətini böhran ilə birlikdə ələ alanlar və bu dövr ilə əlaqə quranlar əslində bəlkə də yanılırlar, çünki gəlir güdməyən təşkilatların sosial yönümlü vəzifələri öz öhdəsinə götürmələrinin istənilməsi, əsasən qərb hökümətlərinin siyasətlərinin nəticəsində ortaya çıxmışdır. (14)

Başqa bir yanlış bir fikir isə, gəlir güdməyən təşkilatların artan rolunun rifah dövlətində rolun azaltmasına yönələn hərəkətlərin planlanması ilə bağlı olduğudur. Halbuki bu çox yanlış fikridir. Misal üçün, bu baxımdan Fransa rifah dövləti nəzərdən keçirildikdə bu ölkədə gəlir güdməyən təşkilatların dövlətə köməkçi bir təşkilat olduğu sosial xidmətlərini artırmaq istəyən dövlətin bu sahədəki yetərsiz potensialını möhkəmləndirdiyi görülməkdədir. Yəni geniş yayılmış inamın əksinə olaraq, gəlir güdməyən təşkilatlara sələhiyyət verilməsi, qərb dövlətlərinin inkişafında görülən ən son mərhələdir. Başqa cür desək bir çox ölkədə dövləti idarəedənlərin gəlir güdməyən təşkilatlara marağının artmasının altında gizlənən səbəb, dövlətin gücündə ortaya çıxan böhrandır. Burada böhran dedikdə dövlətin öz vəzifələrinin öhdəsindən gələ bilməməsidir. Ancaq bu uğursuzluğun səbəbi maliyyə imkanlarının azlığı deyil, qabiliyyət və bacarığının azlığı ilə bağlıdır. Dolayısı ilə bu tip problemi həll etmək üçün mövcud sosial proqramlara əlavə pul qoymaq yerinə, dövlətin məqsədlərinə çatması üçün yeni yollar axtarılmalıdır (rifah dövlətinin həddən çox olan bürokratiyadan xilas edəcək yeni bir yol) (15)

Gəlir güdməyən təşkilatlar və ölkələrin proqramları; Bəzi rifah dövlətlərində gəlir güdməyən təşkilatların inkişaf dövrü.

Bundan əvvəl də deyildiyi kimi ABŞ, Fransa, İngiltərə  və Almaniya kimi bir çox ölkələrdə qanunlarla reallaşdırılan dəyişikliklər, dövlətin sosial rifah xidmətlərindəki maliyyə və audit (nəzarət) öhdəliklərini davam etdirdiyi halda, xidmətlərin yaradılması və təqdimində məsuliyyətin gəlir güdməyən təşkilatlara verilməsidir. (1,2)

  1. ABŞ

ABŞ gəlir güdməyən təşkilatlar sarıdan ən bariz nümunədir. Bu ölkədə gəlir güdməyən təşkilatların yaranma tarixi dövlətdən belə daha qədimdir. Koloniyalar dövründə hələ dövlət olmadığı vaxtlarda gəlir güdməyən təşkilatların varlığı diqqət çəkməkdəydi. 1930-cu ildə sosial xidmətlərin federal səviyyədə təqdim edilməsini təmin edən “Yeni Quruluşa (new deal)” keçilənə qədər, bu xidmətlər ya gəlir güdməyən təşkilatlar, ya yerli özünüidarəetmə orqanları, ya da ştatlarda yerinə yetirilirdi. 1929-cu il Böhranının ortaya çıxması ilə özəl sektora bağlı olan gəlir güdməyən təşkilatların cəmi rifah xərclərinin içərisindəki 25%-lik payının 1% -ə düşməsinə səbəb olmuşdur. Həm gəlir güdməyən təşkilatların, həm ştatların sosial problemlərin öhdəsindən gələ bilməməsi federal dövləti hərəkətə gətirmişdir. Böhrandan sonra dövlətin gəlir güdməyən təşkilatlarla birgə işləmək ehtiyacını duyması, “dövlət və gəlir güdməyən təşkilatlar ortaqlığı”nı yaratmağa başladı. Xüsusilə də 1940-cı il və sonrakı illər dövlətlə gəlir güdməyən təşkilatlar arasındakı əlaqənin möhkəmləndiyi bu təşkilatlarla bağlı etina edici qanunların yaradıldığı illərdir. Həqiqətən ABŞ dövlət və gəlir güdməyən təşkilatlar arasında əməkdaşlığın ən çox yayıldığı ölkədir. 1963-cü ildən sonra Böyük Cəmiyyət siyasətləri ( Grut Society) dövlət və gəlir güdməyən təşkilatlar arasındakı əlaqələri bir sosial rifah dövləti modelinə çevirmişdir. Müxtəlif qanuni tənzimləmələrlə, dövlətin gəlir güdməyən təşkilatlardan xidməti satın alması mümkün hala gəlmişdir. (2)

Ancaq bu gün ABŞ-dakı sosial rifah sisteminə baxıldıqda gəlir güdməyən təşkilatların hal-hazırdakı  vəziyyətinin olduqca qarışıq və çaşdırıcı və bu yönümü ilə haradasa bütün ölkələrdən fərqli bir xüsusiyyətə sahib olduğu görülməkdədir. Amerikansayağı rifah dövlətini digər rifah dövlətlərindən ayıran vacib xüsusiyyətlərdən biri ictimai ehtiyacların qarşılanmasında dövlət və gəlir güdməyən təşkilatlar arasında sıx əlaqə yaratmasıdır. Bu təşkilatlar əslində olduğundan daha fərqli olaraq, dövlət məqsədlərinə xidmət etməkdədir. Amerika çox az insanın gerçək mənada dərk edə biləcəyi, dövlət və özəl fəaliyyətlərdən ibarət olan bir mürəkkəb “qarışıq rifah iqtisadiyyatı”na sahibdir. Reallıqla ortaya çıxan bu sistem əslində bir sistem deyil, iqtisadi zərurətdən doğan, reallıqlar ilə siyasi ənənə və idealogiyanın təsirləri arasındakı kompromisin (razılığın) öz-özündən ortaya çıxardığı bir cəmdir. Gəlir güdməyən təşkilatlar hardasa iki yüz ilə yaxın bir müddətdən bəri, ABŞ-da cəmiyyətin həyatının ən çox fərqlənən və ən vacib xüsusiyyətlərindən biri halına gəlmişdir.

Amerikan cəmiyyətindəki diqqət çəkici bir xüsusiyyət, son yarım yüz ildə sürətlə böyüyən dövlətin gəlir güdməyən təşkilatları məhdudlaşdırmaq, ya da onları yox etmək yerinə onları daha çox təkmilləşdirməsidir. Çünki ABŞ-da insanların mərkəzləşmiş dövlət bürokratiyasına olan düşmənliyi və bir çox sahədə vacib sayda gəlir güdməyən təşkilatların varlığı səhiyyə, təhsil, sosial xidmət, mədəniyyət və incəsənət kimi sahələrdə gəlir güdməyən təşkilatlara olan dəstəyi artırmışdır. Amerikan sosial rifah sistemində təməl sosial rifah sahələrinin bir çoxunda maliyyələşmənin çoxunu dövlət təmin etməklə xidmətlərin çoxunu isə özəl təşkilatlar həyata keçirməkdədirlər. Digər bir yandan ABŞ gəlir güdməyən təşkilatları maliyyə sarıdan ən çox dəstəkləyən ölkədir. Bu təşkilatlar gəlirlərinin demək olar ki, 1/3-ni dövlət təşkilatlarından alırlar. Dünyanın ən böyük gəlir güdməyən təşkilatları ABŞ-dadır. Bu gəlir güdməyən təşkilatların həm milli gəlir, həm də məşğulluq sahəsindəki payına aiddir. Hələ 2004-cü ildə gəlir güdməyən təşkilatların milli gəlirdəki payı 6.9%, məşğulluqdakı payı isə 11.4% idi. Eyni dəyərlər 2006-cı ildə 8.8% -dən  11% -ə kimi qalxmışdı. ABŞ-dakı gəlir güdməyən təşkilatlar dünyanın sürətlə inkişaf edən 3-cü sektorunu təşkil edir. Bu təşkilatların fəaliyyət sahələri də son dərəcə genişdir.

ABŞ-da gəlir güdməyən sektorun sxemini qursaq aşağıdakı kimi bir tablonu görmüş olarıq:


 

 

 

 

 

 

 

 

ABŞ-da Dövlət Gəliri İdarəsinin (İnternal Revenue Servise)  statistik hesablamalarına görə hələ 2004cü ildə ABŞ-da olan gəlir güdməyən təşkilatların sayı 1.334 667 rəqəmi üzərində dayanmışdı. Hətta bu rəqəmə təşkilatlanmaya ehtiyac duymayan, təşkilatlansa da Dövlət Gəliri İdarəsinin rəsmi bildirişində öz əksini tapmayan çoxlu sayda yerli könüllü qruplar daxil deyildi. Dolayısı ilə bu günki ehtimallara görə ABŞ-da gəlir güdməyən təşkilatların cəmi 7 milyona yaxındır. (2)

  1. Fransa

Digər bir ölkə olan Fransanın gəlir güdməyən təşkilatlarının inkişafına baxdıqda, 200 il əvvəl qəbul edilən “Loi Le Chaelier” Konstitusiyasından etibarən, xeyirsevər təşkilatlar şəklində olan gəlir güdməyən təşkilatların yerini dövlətin rifah təşkilatlarına vermiş olduğunu, xeyirsevər təşkilatların qapılarına isə qıfıl vurulmuş olduğunu görürük. İnqilabçılar hər cür sosial rifah xidmətlərinin dövlət tərəfindən həyata keçirilməsinin lazım olduğunu irəli sürürdü. Beləcə, 1980-ci illərə qədər bu sistem davam etmiş və dövlətin vətəndaşlarının hər baxımdan olduğu kimi, sosial baxımdan da tək təmsilçisi olduğu təkidlə bildirilirdi. Bu səbəblə də bu tarixə qədər gəlir güdməyən təşkilatlarla qanundankənar təşkilat kimi rəftar edilmişdir. Ancaq 1981-ci ildə Sosialist Partiyasının seçkilərdə qələbə qazanması, Fransız dövlətinin gəlir güdməyən təşkilatlara olan baxışında vacib bir dəyişikliyin yaranmasına səbəb oldu. Fransa xüsusilə 1983-cü ildə qəbul edilən bir sıra qanunlarla  sosial siyasəti dövlət və gəlir güdməyən təşkilatların əməkdaşlığı vasitəsilə təmin edən bir ölkə vəziyyətinə gəlmişdi. Bu tarixdən etibarən gəlir güdməyən təşkilatlar həm milli, həm də yerli səviyyədə böyük bir öhdəlik götürməyə başlamışdır. Bu gün artıq dövlətin yoxsulluq əleyhinə olan ən təməl proqramlarının tətbiqində gəlir güdməyən təşkilatların vacib bir rol oynamağa başladığı görülməkdədir. Digər bir yandan bu qanun ilə sosial xidmətlərdən böyük bir nisbətdə yerli idarəçilik məsul olmuş, yerli özünüidarəetmə isə bu xidmətləri gəlir güdməyən təşkilatlarla birgə əməkdaşlıqla həyata keçirmişdir. Eyni zamanda gəlir güdməyən təşkilatların bir qismi də iqtisadi və sosial şurada yer almış və beləcə də milli siyasətin meydana gəlməsilə xüsusi bir rolu öhdəsinə götürmüşdü. (2)

Информация о работе Организации, не преследующие доходы (прибыль) и их растущая роль в обеспечении общественного благосостояния